Dahi Bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş tədbir

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyinin keçirilməsi ilə bağlı” sərəncamına əsasən 15.12.2022- ci il tarixdə məktəbimizdə tədbir keçirilmişdir.
Məktəbin musiqi müəllimi Təranə Hüseynova tərəfindən V-XI siniflərin istedadlı şagirdlərinin iştirakı ilə hazırlanan tədbirdə dahi bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verilmiş, eyni zamanda bəstəkarın yaradıcılığını əhatə edən musiqi nömrələri təqdim olunmuşdur.
Tədbirin məqsədi şagirdlərdə F. Əmirovun vətənpərvərliyə səsləyən , mənəvi zənginlik aşılayan və bəşəri ideyalar tərənnüm edən zəngin irsinin öyrənilməsinə və onlarda milli musiqi zövqünün formalaşmasına xidmət edir.
F. Əmirov yaradıcılığına aid musiqi nömrələrindən ibarət konsert şagirdlər, müəllimlər və valideynlər tərəfindən alqışlarla qarşılanmışdır.
“Sevil” operası, “Min bir gecə”, “Nəsimi dastanı”, “Nizami” baletləri, “Şur”, “Kürd Ovşarı”, “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamları, “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu”, Muğam-poema”sı Azərbaycan mədəni irsinin dəyərli nümunələridir.
“Ürəkaçanlar” və “Gözün aydın” operattaları səhnə musiqi sahəsindəki fəaliyyəti sırasında yazdığı ilk əəsərlərdir. Bu sahədə yazdığı ən uğurlu əsərlərdən biri isə “Nizami” simfoniyası sayılır.
“Şur” və “Kürd ovşarı” simfonik muğamları 1948-ci ildə yazılıb.
Milli musiqi tarixində ilk lirik opera sayılan “Sevil” operası 1950-ci ildə yazılıb.
Bəstəkarın yaradıcılığında eyni zamanda vokal janrına dair əsərlər görmək mümkündür. 1970-ci illərə “nəsimi” vokal xoreoqrafik poemasını, simfonik orkest üçün “ Azərbaycan qravürləri”, “Gülüstan-Bayatıö Şiraz” simfonik muğamını və “min bir gecə” nağılları əsasında eyniadlı baletini yazıb.
1922-ci il noyabrın 22-də Gəncədə anadan olan Fikrət Əmirov , 1984-cü il fevralın 20-də Bakıda vəfat edib. Bəstəkar Fəxri Xiyabanda dəfn edilib.
Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyini konsert tədbiri ilə qeyd etdik.
Tədbirin təşkilatçısı məktəbin musiqi müəllimi Təranə müəllimə təşəkkürümüzü bildiririk.Dəyərli əsərlər, gözəl musiqilər istedadlı şagirdlərimizin ifası ilə ruhumuzu dincəltdi.