Məktəbin İnkişaf Planının hazırlanması prosesinə başlanıldı

Ümumi təhsil müəssisələri üçün Məktəbin İnkişaf Planının hazırlanması prosesi davam edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin (TDM) əməkdaşları məktəbin rəhbər heyəti ilə birlikdə Məktəbin İnkişaf Planını (MİP) hazırlayırlar.
Planın yazıldığı müddətdə məktəbdəki real vəziyyətlə tanış olmaq, təlim-tərbiyə prosesinin yaxşılaşdırılması istiqamətində yaxından dəstək göstərə bilmək üçün dərs müşahidələri aparılır, məktəb rəhbərliyi, müəllimlər, ümumilikdə, bütün heyətlə müzakirələr təşkil edilir.
MİP hazırlanarkən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin monitorinqləri nəticəsində aşkarlanmış çatışmazlıqların aradan qaldırılması əsas hədəf olaraq nəzərə alınır.
10.12.2022-ci il tarixdə Məktəbin İnkişaf Planının yazılması məqsədi ilə Təlimə Dəstək Mərkəzinin komandası bizim məktəbdə oldu. Müşahidə və dərs dinləmələrin yekunu olaraq pedaqoji heyətlə görüş keçirildi. Qarşıdakı günlərdə MİP-nın yazılmasına start veriləcək.