Şəhid Murad Məmmədlinin şəhadətinin ikinci ildönümü

                                                                                              Şəhid olmaq-mən demədən Vətən deyib,

Sinəsini bu torpağa sipər edən bölümsüzlük!

                                                                                              Şəhid olmaq ölmək deyil,

                                                                                              Dünya boyda ölümsüzlük!

            07 dekabr 2022-ci il tarixində Biləcəri qəsəbə ərazisində yerləşən Şəhidlər Xiyabanı Kompleksində Vətən müharibəsi şəhidi Murad Teymurşah oğlu Məmmədlinin şəhadətinin ikinci ildönümü münasibətilə məzarı ziyarət olundu.

        Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi , bələdiyyə sədri, şəhidin təhsil aldığı 144 nömrəli tam orta məktəbin kollektivi və rayon ictimaiyyəti iştirak edirdilər.

        Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.

      Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan    Allahverdiyev vurğuladı ki, müqəddəs torpaqlarımız uğrunda haqq savaşında canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı rəşadət və şücaət göstərərək düşmənin 30 ildən artıq davam edən hərbi təcavüzünə son qoymaqla Vətən və xalq qarşısında olan şərəfli vəzifəsini layiqincə yerinə yetirdi.

      Şəhidimizin anası və ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.

      Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi