"Biliyini paylaş" layihəsinə start verildi

        "BİLİYİNİ PAYLAŞ" LAYİHƏSİ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18 noyabr 2022-ci il tarixli F-386 nömrəli əmrinə əsasən həyata keçirilən "Biliyini paylaş" layihəsinə start verilmişdir. İki mərhələdən ibarət olan layihənin keçirilməsində əsas məqsəd ümumitəhsil məktəblərində interaktiv və əsaslandırılmış tədrisə yönəlmiş layihə əsaslı öyrənmənin dərs porsesində tətbiqi ilə bağlı aktual məsələyə diqqətin artırılması, bu istiqamətdə yaradıcı və yenilikçi müəllimlərin qabaqcıl təcrübəsinin öyrənilməsindən ibarətdir.

       Birinci mərhələdə layihə əsaslı tədris barədə məlumatı olan, layihə əsaslı öyrənməni dərs porosesində tətbiq etməyi bacaran yenilikçi və qabaqcıl müəllimlər müəyyənləşdirilərək, ikinci mərhələdə iştirak hüququ qazanmışlar . Məktəbin STEAM müəllimi Lütfiyyə Yolçiyeva layihənin təşkilat komitəsinin qərarına əsasən layihənin ikinci mərhələsində iştirak etmək hüququ qazanmışdır. Lütfiyyə müəlliməyə uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi