07.12.2022- ci il tarixdə məktəb-valideyn əməkdaşlığı haqqında müzakirə
07.12.2022- ci il tarixdə məktəbin direktoru İlahə xanımın rəhbərliyi ilə sinif valdeyn birliyinin rəhbərləri ilə toplantı keçirilmişdir. Valideynlərlə iclasda təlim – tərbiyə prosesinin vəziyyəti, onun inkişaf etdirilməsi yolları, məktəb -valideyn əməkdaşlığı, şagirdlərin uğurları və nailiyyətləri haqqında müzakirələr aparılmış, “şagird davranış qaydaları” ilə valideynlər tanış edilmiş, uşaqların asudə vaxtlarının valideynlərlə birgə daha səmərəli keçirilməsinin əhəmiyyətindən söhbət açılmışdır.
İclasın sonunda valideynləri maraqlandıran suallar cavablandırılmış və bir neçə məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.