Şəhid Murad Məmmədlinin şəhadətə qovuşduğu gün
Sülh deyib sizlərə zaman vermişik
Sən demə zalıma aman vermişik
Apreldə cavabın yaman vermişik
Mən əsgər andını içib gəlmişəm .
07.12.2022- ci il tarixində Bakı şəhəri, N. Babayev adına 144 nömrəli tam orta məktəbdə əsgər andını içib döyüşə atılan məktəbimizin məzunu Murad Məmmədlinin şəhadətə qovuşduğu günü ibtidai sinif müəllimi Aksana Səfərovanın rəhbərliyi ilə 3A sinfinin şagirdləri qeyd etdilər.Körpə balaların söylədikləri şeirlərdə düşmənə nifrət , Xalqına, Vətəninə, Şəhidinə məhəbbət hissi özünü qabarıq şəkildə göstərirdi.Vətənpərvərlik ruhunda böyüyən bu körpələr özünü sanki bir döyüşçü hiss edir,44 günlük müharibənin iştirakçısı kimi aparırdılar.Qürurvericidir ki, məktəbimizin şagirdləri bu ruhda böyüyür,təhsil alır.
Allah şəhidlərimizə rəhmət eləsin