“Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində təlimlər keçirilmişdir.

       Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində təlimlər keçirilmişdir.

    Təlimlərin əsas məqsədi hədəf ali və ümumi təhsil müəssisələrində çalışan müəllimlərin genderə həssas pedaqogika üzrə biliklərinin təkmilləşdirilməsi, gender bərabərliyinə əsaslanan təhsil sisteminin müxtəlif aspektləri haqqında məlumatlandırılması, həmçinin bu sahədə praktiki bacarıq və səriştələrinin artırılmasıdır.

     Qeyd edək ki, “Genderə həssas məktəblərin təşviqi” layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondu tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı gender bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı əsasında həyata keçirilir.

     Təlimlərdə Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbin Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Kəmalə Mirzəliyeva iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi