“Dərd dinləmə” nin 12-ci buraxılışı/ "Məktəbdə şagirdlərin necə olmasını istərdiniz?
Hər dəfə maraqlı mövzularla qonağımız olan “Dərd dinləmə” nin 12-ci buraxılışında Təlimə Dəstək Mərkəzinin direktoru İlkin Həsənovun "Məktəbdə şagirdlərin necə olmasını istərdiniz?" mövzusunda hazırlanmış suallarına Bakı şəhəri N. Babayev adına 144 nömrəli tam orta məktəbin sevilən, seçilən şagirdlərindən biri olan, 7b sinif şagirdi Hacızadə Əli tam səmimiyyətlə və sevərək cavablandırıb. Əlinin səsləndirdiyi fikirlər düşünürük ki, hal-hazırda məktəblərdəki bütün şagirdlərin düşündüyü, lakin deməyə çəkindiyi fikirlər idi.
Təlimə Dəstək Mərkəzinin direktoru İlkin Həsənova məktəbimizin şagirdini verilişə dəvət etdiyi üçün kollektivimiz adından dərin təşəkkürümüzü bildiririk.