“Zəfər” məktəblilərarası l Tarix Olimpiadası keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 30.10.2022 – ci il tarixli F – 362 nömrəli əmrinə əsasən, noyabrın 26–da Bakı şəhəri N. Babayev adına 144 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdləri ilə “Zəfər” məktəblilərarası l Tarix Olimpiadası keçirilmişdir. Olimpiadanın keçirilməsində məqsəd şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətən müharibəsində qazanılmış qələbəmizi və şagirdlərin qəhrəman ordumuzun zəfər yolunu hərtərəfli öyrənilməsinə nail olmaq, həmçinin istedadlı şagirdləri üzə çıxarmaqdır.
Olimpiada təlimata uyğun olaraq saat 11:00–da başladı. Şagirdlər müəyyən edilmiş zaman müddətində onlara təqdim olunan sual kitabçalarını cavablandırdılar.