" Dərsin məqsədi" mövzusunda ilk təlim

         Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məkətbdə təlimlərə start verildi.

         Məktəb rəhbərliyi tərəfindən metodbirləşmə işinin optimallaşdırılması və tədrisin keyfiyyətli təşkili istiqamətində müəllimlərə təlimlər təşkil olunmuşdur. Təlim məktəbin direktoru İlahə Həmidova tərəfindən aparılmışdır.

        Təlimlər vasitəsi ilə hər fənn kafedrası üzrə mentor müəllimlər hazırlanacaq. Müvafiq fənlər üzrə hazırlanmış mentor müəllimlər aid olduqları kafedra müəllimlərinin dərslərinin keyfiyyətli təşkilinə nəzarət edəcək və çatışmazlıqların aradan qaldırılması üçün fəaliyyətlər təşkil olunacaqdır. Proses məktəbin fəaliyyət planına daxil edilərək. İcra tarixi 2022- ci il  noyabr ayı, 2023- cü il nəzərdə tutulmuşdur.

        16.11.2022-ci il təlimin ilk günü idi. İlk təlimin mövzusu " Dərsin məqsədi" mövzusu olmuşdur.

        Təlim praktikyönümlü icra edilmişdir. Belə ki, hər fənn müəllimi müvafiq fənn üzrə təyin edilmiş alt standartdan dərsin məqsədini müəyyən etmiş və bunu digər həmkarlarına təqdim edərək, bu istiqamətdə qarşılıqlı inkişafyönümlü müzakirələr reallaşmışdır.

       Müəllimlər təlimdə olduqca aktiv və həvəslə iştirak etmişlər.

       Növbəti həftələrdə təlimin nəticəsi yoxlanılması istiqamətində dərs dinləmələr həyata keçiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi