“ Uşaq hüquqları aylığı” çərçivəsində “ dəyirmi masa”

       15.11.2022- ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Aynur Əliyevanın rəhbərliyi ilə X C sinif şagirdləri “ 20 oktyabr- 20 noyabr tarixlərini əhatə edən “ Uşaq hüquqları aylığı” çərçivəsində “ dəyirmi masa” keçirmişlər.

     “ Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT - nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr - Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir.

      Tədbirdə şagirdlər uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik , dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi