"Narkomaniyaya yox deyək" adlı tədbir

14.11. 2022 - ci il tarixdə Bakı şəhəri N. Babayev adına 144 nömrəli tam orta məktəbin Ana dili müəllimi Həcər Həsənovanın rəhbərlik etdiyi “ Dilimizi sevək sevdirək " dərnəyinin üzvləri 1 nömrəli Uşaq Gənclər İnkişafı Mərkəzinin rəhbərliyi tərəfindən təşkil olunmuş "Narkomaniyaya yox deyək" adlı tədbirdə iştrak etdilər.
Tədbirdə ssenari müəllifi Asif Kəngərli , quruluşçu rejissor İntiqam Soltan olan " Bəla” filminə baxış keçirildi. Sonra isə həm ssenari müəllifi , həm quruluşçu rejissor , həm də filmin baş qəhrəmanları ilə görüş təşkil olundu.
Görüş zamanı şagirdlərin suallarına maarifləndirici cavablar verildi.
Filmə baxış zamanı şagirdlər kədərlənsələr də, ssenari müəllifinin və quruluşçu rejissorun cavabları şagirdlərdə tamamilə başqa bir əhval ruhiyyə yaratdı.
Şagirdlərin özləri də etiraf etdilər ki, bu cür görüşlər və filmlərə baxış onlar üçün çox yararlıdır.