“ Xarı bülbül ətirli Qarabağım!” adlı tədbir

      04.11.2022- ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məkrəbin sinif müəllimi Ceyhunə Novruzovanın rəhbərliyi ilə 4 B sinif şagirdləri “Zəfər Günü “və “Bayraq Günü” münasibəti ilə “ Xarı bülbül ətirli Qarabağım!” adlı tədbir keçirmişlər.

      Şagirdlərimiz bu Zəfəri bizə bəxş edən , bayrağımızı azad olunmuş torpaqlarımızda dalğalandıran şəhidlərimizin xatirəsini yad etmişlər. Tədbirdə şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya , şeir, mahnı və rəqs nömrələri dinləyicilərin diqqətinə təqdim olunmuşdur.

      Tədbirdə 44 günlük Vətən müharibəsində iştirak etmiş məktəbin məzun və valideyinləri iştirak etmişlər.

      Məktəbin direktoru İlahə Həmidova tədbirin mahiyyətindən , şagirdlərə aşılanan vətənpərvərlik hisslərindən geniş söz açaraq qonaqları və şagirdləri bu möhtəşəm Zəfər bayramı münasibəti ilə təbrik etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi