“ Tariximizi sevək və sevdirək!” intellektual bilik yarışması

Azərbaycan Respublikası Təhsil nazirinin "27 sentyabr Anım günü və 8 noyabr Zəfər günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə" 07.09.2021-ci tarixli F-429 nömrəli əmrinə əsaslanaraq Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbdə silsilə tədbirlər davam edir .
03.11.2022- ci il tarixində məktəbin tarix müəllimləri Leyla Novruzova və Mədinə Əsgərovanın rəhbərliyi ilə “ Tariximizi sevək və sevdirək!” devizi altında IX sinif şagirdlərindən ibarət komandalar arasında intellektual bilik yarışması keçirilmişdir.