Zahid Xəlilin “ Dəmir yumruq dastanı” kitabının müzakirəsi
31.10.2022- ci il tarixində Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbin sinif müəllimi Firəngiz Bayramova rəhbərlik etdiyi 4 c sinif şagirdləri ilə məktəbin kitabxanasında Azərbaycan yazıçısı , şairi, pedaqoq Zahid Xəlilin “ Dəmir yumruq dastanı” kitabının müzakirəsini aparıldı. Firəngiz Bayramova şagirdlərə əsərin baş qəhrəmanı Azərbaycan Respublikasının Prezidenti , Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Qalibiyyət simvolu olan Dəmir Yumruğun bütün Azərbaycan xalqını , Ordusunu torpaqlarımızın azadlığı naminə mübarizəyə səfərbər edən , vahid amal uğrunda birləşdirən qeyri- adi gücündən geniş məlumat verdi.
Şagirdlər əsərdən müxtəlif şeirlər söylədilər.
4 C sinfi Vətən uğrunda şəhidlik zirvəsinə ucalan Polkovnik- leytenant Vidadi Xəlilovun adını daşıdığından şəhidlik zirvəsinə ucalmağının ikinci ildönümünü qeyd edərək qəhrəmanın ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə iştirak edən məktəbin direktoru İlahə Həmidova şagirdlərə 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin şücaətindən və mütaliənin şagirdlərin həyatında mühüm rol oynamasından geniş məlumat verdi.
Allah şəhidlərimizə rəhmət eləsin , qazilərimizə can sağlığı versin.