Şagird davranış qaydalarının müzakirəsi

      29 oktyabr 2022-ci il tarixində şagird davranış qaydaları haqqında layihə sənədini elə şagirdlərin özü ilə müzakirə elədik.

Məsələyə onların gözü ilə baxdıq, bu prosesdə şagird iştirakçılığı çox önəmlidir.

Şagirdlər onların davranışlarının dəyişməsi və arzu olunmaz davranışların baş verməməsi üçün öz təkliflərini bildirdilər.

Gəlin birlikdə nəzər yetirək ⬇️

▶️Rəğbətləndirmənin olmasını olduqca yaxşı qarşılayırlar və əgər bir sarı kart aldıqlarında bir başa valideynlərə deyil əgər varlarıdırsa, yaşıl kartlarının silinməsi ilə tənzimlənməsini arzulayırlar;

▶️Qaçmaq və ya digər arzuolunmaz hərəkətlərin baş verməməsi üçün yaxşı təchiz olunmuş idman zalının olmasını istəyirlər. Belə olan halda onlar öz enerjilərini idman zalında xərcləyə bilərlər;

▶️Dərsə gecikməni tənəffüs vaxtının az olması;

▶️Dərsə fokus olmamağı və bu müddətdə dərsdə davranış qaydalarına riayət etməməyi dərsin maraqsız keçirilməsi və yuxarı siniflərdə müəllimlərin ağıllı lövhədən istifadə edə bilməmələri ;

▶️Musiqi, Təsviri incəsənət, Texnologiya və GÇH fənlərinin praktik olmaması və sıxıcı olması;

▶️10 və 11-ci siniflərdə universitetə hazırlıq istiqamətində təmayül siniflərin olması davranışa müsbət təsir edəcəyini bildirirlər;

▶️Universitetə qəbul prosesində "yaşıl kart"ların müsbət təsirinin nəzərə alınmasının davranışa təsir edəcəyini bildirirlər;

▶️Şagirdlər saç və üzün təmiz təraş olunması məsələsinin onların davranışa və ya akademik nəticələrinə təsir etmədiyini və onların şəxsi həyatlarına müdaxilə olunduğunu düşünürlər.

Müzakirənin təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Chairman vəzifəsində çalışan Rüfət müəllim Əsədzadəyə və məktəbin direktoru İlahə xanım Həmidovaya minnətdarlığımızı bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi