"Zəfərin mübarək- Vətən!"
“8 noyabr-Zəfər günü” münasibətilə Binəqədi rayon orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Zəfərin mübarək, Vətən!” adlı rəsm müsabiqəsi
Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Binəqədi Gənclər Evi sosial xidmət müəsisisəsi və 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə 19 oktyabr 2022-ci il tarixində 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsdə “8 noyabr-Zəfər günü” münasibətilə “Zəfərin mübarək, Vətən!” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir.
Müsabiqənin keçirilməsində məqsəd 8 noyabr-Zəfər günü”nün qeyd olunması, Vətən Müharibəsinin tarixi əhəmiyyətinin gənclər arasında təbliği, vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, istedadlı şağırdlərin rəsm işi sahəsində öz yaradıcılıqlarının nümayiş etdirmək üçün şəraitin yaradılmasıdır.
Müsabiqədə Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbi 5 A sinif şagirdi Fatimə Rəsulzadə uğurla təmsil etmişdir.