Andreas Şleyxerin Dünya standartları : XXI əsrin məktəbini necə qurmalı “ kitabı müzakirəsi

25.10.2022- ci il tarixdə Məktəb Lisey Kompleksdə ( MLK) İqtisad Əməkdaşlıq və İnkişaf ( İƏİT) Təhsil və bacarıqlar üzrə direktoru PİSA( Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı) rəhbəri Andreas Şleyxerin Dünya standartları : XXI əsrin məktəbini necə qurmalı “ kitabı müzakirə edildi.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsimi, “T-Network”un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmov, BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və paytaxt məktəb direktorları iştirak ediblər.
BŞTİ-nin müdiri M.Vəliyeva dünyaca məşhur təhsil mütəxəssisi A.Şleyxerin təhsildə keyfiyyəti və bərabərliyi təkmilləşdirmək istiqamətində apardığı tədqiqat işləri, həmçinin “Dünya standartları: XXI əsrin məktəbini necə qurmalı” kitabının təhsil idarəçiləri, təhsilverənlər və ümumilikdə təhsil ictimaiyyəti üçün əhəmiyyətindən söz açıb.
Müzakirədə Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbin direktoru İlahə Həmidova və Tərbiyə işləri üzrə direktor müavini Kəmalə Mirzəliyeva iştirak etdi.