“ Narkotiklər haqqında həqiqəti öyrənək “ mövzusunda maarifləndirici tədbir

     26.10.2022- ci il tarixdə şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə “ Narkotiklər haqqında həqiqəti öyrənək “ mövzusunda Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbdə Binəqədi rayonu Polis İdarəsinin 7- ci bölmənin Yetkinlik yaşına çatmayanlarla işlər üzrə polis mayoru Kamil Şərifov və digər əməkdaşları məktəbin yuxarı sinif şagirdləri ilə maarifləndirici tədbir keçirildi.

     Məktəbin direktoru İlahə Həmidova və Kamil Şərifov çıxışlarında şagirdlərə zərərli vərdişlərlə mübarizədə maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq , yeniyetmələrin sağlam həyat tərzi keçirməyə , ətraf aləmin gözəlliklərindən, təbiətdən, mütaliədən , maraqlı insanlarla ünsiyyətdən zövq almağa çağırdılar.

    Tədbirdə Tərbiyə işləri üzrə direktor müavini Kəmalə Mirzəliyeva və məktəbin psixoloqu Səbinə Orucova iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi