" Nə? Harada? Nə zaman?" turniri
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, TutorLab.az və Consensus İntellekt Mərkəzinin tərəfdaşlığı ilə 15 oktyabr 2022-ci il tarixlərində 225 nömrəli tam orta məktəbdə "Müəllimlərin İntellektual Kuboku" turnirinin finaldan öncə son mərhələsi - " Nə? Harada? Nə zaman?" turniri keçirilmişdir.
Çoxsaylı müraciətlərə əsasən, gün ərzində 2 dəfə keçirilən bu tunirlərdə toplam 20 komanda iştirak etmişdir.
Turnirdə Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbin gənc müəllimlərindən ibarət “Zəfər” komandası da iştirak etmişdir.