Hüseyn Cavidin 140 illik yubileyinə həsr olunmuş “ dəyirmi masa”

14.10.2022- ci il tarixində Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbin kitabxanasında Azərbaycan dili müəllimi Həcər Vəliyevanın və kitabxanaçı Xatirə Rəsulovanın rəhbərliyi ilə VI A sinfinin şagirdləri böyük ədib Hüseyn Cavidin 140 illik yubileyinə həsr olunmuş “ dəyirmi masa” keçirtdilər.
Şagirdlər ədibin həyat və yaradıcılığından geniş məlumat verərək müxtəlif mövzulu şeirlərini təhlil etdilər.