Vətən müharibəsi Şəhidlərinin xatirəsinə ağacəkmə aksiyası keçirilib.
23.09.2022- ci il tarixində Bakı şəhəri N . Babayev adına 144 nömrəli tam orta məktəbdə Vətən müharibəsi Şəhidlərinin xatirəsini əbədiləşdirilməsi məqsədilə ağacəkmə aksiyası keçirilib. Belə ki, məktəbin sinif müəllimi Firəngiz Bayramova , Azərbaycan dili və ədəbiyyat müəllimi Şəhla Bayramova rəhbərlik etdikləri 4 C və 8 C sinif şagirdləri ilə bu aksiyada böyük bir həvəslə iştirak etmişlər. Şagirdlər tərəfindən məktəbin həyətində həmişəyaşıl ağaclar əkildi, dibi yumşaldılıb, su verildi. Onlar şəhidlərin xatirəsini sonsuz minnətdarlıq hissi ilə anmış və onlara olan vəfa borcunun rəmzi olaraq əkdikləri ağaclara şəhidlərin adını vermişlər.