17.09.2022- ci il tarixində valideyinlərlə görüş keçirildi.

      17.09.2022- ci il tarixində Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbin direktor əvəzi Kəmalə Mirzəliyeva, psixoloq Səbinə Orucova, Həmkarlar təşkilatının sədri Vəsmiyə Aslanovanın  iştirakı ilə ümumi məktəb üzrə valideynlərlə görüş keçirildi.

      Görüşdə məktəblə valideynlərin sıx əlaqəsi, siniflərdə təlim nəticələrinin yüksəldilməsi, məktəbin daxili nizam- intizam qaydaları , dərsliklər , məktəbli forması haqqında söhbət aparıldı.

      Valideynlərin rəy və təklifləri rəhbərlik tərəfindən nəzərə alındı. Yeni tədris ilinə uğurla başlamaq arzusu ilə görüş sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi