“Azərbaycan Səninlədir- Sənsiz deyil!” 10-cu Yaradıcılıq Festivalı qaliblərinin “15 iyun–Milli Qurtuluş Günü”nə həsr olunmuş bayram konserti keçirilmişdir.
10 iyun 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsi və 6 № li Uşaq-Gənclərin İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında 5 yanvar 2022-ci il tarixli 3069 saylı Sərəncamının icrası məqsədilə Binəqədi rayon orta ümumtəhsil və incəsənət məktəblərinin şagirdlərinin təqdimatında “Azərbaycan Səninlədir- Sənsiz deyil!” 10-cu Yaradıcılıq Festivalı qaliblərinin “15 iyun–Milli Qurtuluş Günü”nə həsr olunmuş bayram konserti keçirilmişdir.
Tədbirdə Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbin 7 a sinif şagirdi Aysu Mənmədlinin möhtəşəm çıxışı qonaqların alqışları ilə qarşılanmışdır.