“Qarabağa dönüş" adlı musiqili - bədii tədbir keçirildi.4a sinfi
08.06. 2022-ci il tarixində Bakı şəhəri N. Babayev adına 144 nömrəli tam orta məktəbin sinif müəllimi Ülviyyə Vahidovanın rəhbərliyi ilə 4 A sinif şagirdləri “Qarabağa dönüş" adlı musiqili - bədii tədbir keçirmişlər. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən, vəzifələrini şərəflə yerinə yetirən, müqəddəs torpaqlarımızı qanları ilə suvarıb "Zəfər salnaməsi" yazan igid oğullarımıza, əsgərlərimizə və unudulmaz şəhidlərimizə həsr olunmuşdur.
Şagirdlərimizin nümayiş etdikləri bütün kompozisiyalarda Vətən sevgisi, Vətən məhəbbəti tərənnüm olunurdu.
Tədbirin son nömrəsi - Azərbaycanın ən qədim milli rəqslərindən biri olan güc, birlik və həmrəyliyi əks etdirən "Yallı" rəqsi şagirdlərin ifasında çox qürurverici idi.