“ Zəfər konfransı” keçirilmişdir.
“ Zəfər tarixi” konfransının keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022- ci il tarixli F-146 nömrəli əmrinə əsasən 26.05.2022- ci il tarixində Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbdə “ Zəfər konfransı” keçirilmişdir.
Təhsilalanların Zəfər tariximiz barədə məlumatlandırılması, Azərbaycan ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış oğullarımızın şagirdlər arasında tanıdılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədi ilə təşkil olunan konfrans Şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edilərək açıq elan olundu .Giriş sözü ilə məktəbin direktoru Qənirə Sultanova konfransın mahiyyəti haqqında geniş məlumat verdi .Məktəbin tarix müəllimləri Mədinə Əsgərova və Minayə Nəzərova mövzu ətrafında geniş və maraqlı çıxışlar etdilər. Konfransda məktəbin 44 günlük savaşında qəhrəmancasına vuruşan veteran məzunları, qazi valideynləri iştirak edərək tədbir iştirakçılarına öz ürək sözlərini bildirdilər.
Allahdan qazilərimizə şəfa, Şəhidlərimizə rəhmət diləyirik!