Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında şairə Gülzar İbrahimova ilə görüş 3c sinfi
17 may 2022- ci il tarixində Bakı şəhəri N. Babayev adına 144 nömrəli tam orta məktəbin Tərbiyə işləri üzrə direktor müavini Kəmalə Mirzəliyeva və sinif müəllimi Firəngiz Bayramovanın rəhbərliyi ilə 3 C sinif şagirdləri Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında şairə Gülzar İbrahimova ilə görüş keçirilmişdir. Şagirdlər şairənin Vətənə , Zəfər gününə , Qarabağa həsr olunmuş şeirlərindən ibarət kompozisiya hazırlamışlar.Sonra uşaqlar kiçik səhnəciklər göstərərək ,şairəyə maraqlı suallar ünvanlamışlar. Şagirdlərdən Ş. Arifin tarda Ü.Hacıbəylinin "Yaxşı yol " əsəriniin ifası alqışlarla qarşılandı,Ə.Zəhra çəkdiyi "Zəfər dastanım Şuşa" şəklini şairəyə hədiyyə etdi.A.Mehri və İ.Əsra isə öz yazdıqları kiçik hekayələri şairəyə oxuyaraq məsləhətlər almışlar.Sonda şairə öz kitablarından uşaqlara hədiyyə edərək xatirə şəkilləri çəkildi .
Çox maraqlı görüş keçirildi.