"Şuşa ili- Zəfərimizin tarixi" adli interaktiv proqrama start verildi.

         Cari ilin 18-24 may tarixlərində "Məktəblilər üçün muzey həftəsi" layihəsi çərçivəsində "Şuşa ili- Zəfərimizin tarixi" adli interaktiv proqrama start verilib.Proqram Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlığı və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə icra edilir. Tədbirin təşkilatlıçısı Firuzə Sultanzadə muzey həftəsinin 8-ci ildir ki, təşkil olunduğunu söylədi. Builki tədbirimiz digərlərindən çox qürurverici idi. Ordumuzun böyük şücaəti sayəsində işğalçılardan azad olunan Şuşamıza layihə çərçivəsində həftə ərzində 70 minə yaxın online ekskursiya ediblər. Bu tədbirdə 144 saylı tam orta məktəbin 4a sinif şagirdləri də iştirak edib. Məktəblilər Şuşa Dövlət Qoruğu, Şuşa qalası, Bülbülün ev muzeyinə online ekskursiya ediblər. Inşallah canlı ekskursiyamız da baş tutacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi