12 noyabr - "Konstitusiya günü"

11 noyabr 2016-cı il tarixdə Binəqədi rayon Namiq Babayev adına 144 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının konstitusiya gününə həsr edilmiş tədbir keçirilmişdir.Tədbirin keçirlməsində əsas məqsəd şagirdlərin ölkənin əsas baş qanunu ilə bağlı biliklərini möhkəmləndirmək və konstitusiyanın cəmiyyətin inkişafında,önəmin yerinin çatdırılması idi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Həcər Mahmudova açdı və tədbirin qonaqlarını təqdim etdi.Rayon İcra Hakimiyyətinin əməkdaşı Elnur müəllim məktəb kollektivini bayram münasibəti ilə təbrik etdi.Hüquqşünas Mahir müəllim konstitusiyanın tarixi haqqında geniş məlumat verdi.Konstitusiya günü ilə bağlı film-rolik nümayiş olundu.Sonra tarix müəllimi Əsgərova Mədinə tədbiri davam etdirməyi şagirdlərin öhdəsinə verdi.Tədbir viktorina şəklində 3 komanda arasında keçirildi.Komanda üzvləri sualları düzgün cavablandırdı. Tədbirin sonunda daha fəal komanda üzvləri diplomlarla təltif edildilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi