Qobustan dövlət tarixi -bədii qoruğuna ekskursiya 5a sinfi
15.05.2022 -ci il tarixində məktəbimizin tarix fənnini layiqincə şagirdlərə sevdirən sevimli müəllimi Minayə Nəzərova, informatika müəllimi Kərimova Adilənin rəhbərliyi ilə 5a sinfinin şagirdləri və bir qrup valideyn Qobustan dövlət tarixi -bədii qoruğuna gəzintiyə getmişlər.Minayə Nəzərova Qobustanın yaranma tarixi və açıq səma altında yerləşən qoruqda qədim insanların çəkdikləri qayaüstü rəsmlər, onların həyat və məişəti haqqında ətraflı məlumat vermişdir.Eyni zamanda şagirdlər Qobustan qayaüstü rəsmlərin qarşısında sevimli müəllimləri ilə birlikdə xatirə şəkilləri çəkdirmişlər.