"C.Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi" haqqında Azərbaycan Respublikası təhsil naziri M.Cabbarovun170 saylı əmrinə əsasən 10 noyabr 2016-cı il tarixdə məktəbdə ədəbiyyat müəllimi Radə Məmmədovanın rəhbərlyi ilə C.Hacıbəylinin 125 illik yubileyinə həsr edilmiş tədbir təşkil olundu. Tədbirdə yubilyarın həyat və yaradıcılığı haqqında şagirdlərin araşdırmaları dinlənildi. Onların ifasında müəllifin "Qarabağ dialekti və folkloru" əsərindən bayatılar və lətifələr söylənildi. Sonra C.Hacıbəylinin "Müəzzinin lənəti" hekayəsi əsasında şagirdlər tərəfindən hazırlanmış səhnəciklər təqdim edildi. Sonda isə C.Hacıbəylinin ömür yolunu əks etdirən film nümayiş olundu.