" Suşa yolu" adlı layihə 6a sinfi

       Sərin bulaqlardan ellər su içmiş,

               Dostunu düşməndən yaxşıca seçmiş

            Burdan Vaqif ötmüş, Vidadi keçmiş,

 Gərək ki, onları tanıya yollar,

Onların izləri hanı , a yollar?

        06.05.2022- ci il tarixində Bakı şəhəri N. Babayev adına 144 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsmiyə Aslanovanın rəhbərliyi ilə 6 a sinfində " Suşa yolu" adlı layihənin təqdimatı keçirildi.Layihənin keçirilməsində məqsəd Şuşanın dünəni və bu günü haqqında şagirdlərdə tam təsəvvür yaratmaq, onları musiqi beşiyi olan Şuşada gedən yenidənqurma işləri ilə yaxından tanış etmək, bacarıqlı şagirdlərin fikir və düşüncələrini üzə çıxarmaq, onlarda Vətənə məhəbbət hissini daha da artırmaq idi.Şagirdlərin hazırladıqları təqdimatlar, videoçarxlar , eləcə də söylədikləri şeirlər və oxuduqları mahnılar diqqəti cəlb etdi.Sonda Koroğlu İsrafilovun hazırladığı rep musiqisi layihəyə xüsusi rəng qatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi