Şəhid Famil Əhmədzadənin keçdiyi döyüş yolu 5 b sinfi

   Qatil gülləsinə qurban gedərkən,

Gözünü sabaha dikdi şəhidlər!

Üçrəngli bayrağı öz qanlarıyla,

Vətən göylərinə çəkdi şəhidlər.

        Bu gün ölkəmizin hər yerində şəhidlərin əziz xatirəsinə dərin ehtiram bəsləndiyinin şahidi olmaq mümkündür. Bariz nümunə kimi Bakı şəhəri Binəqədi rayonu N. Babayev adına 144 nömrəli tam orta məktəbin bütün siniflərinə şəhidlərimizin adlarının verilməsini göstərmək olar . Bu siniflərdən biri də 5 B sinfi şəhadəti , qəhrəmanlığı və qanı ilə tarix yazan İsmayıllı rayonu 3 nömrəli məktəb - liseyin tarix müəllimi Famil Əhmədzadənin adını daşıyır.

       08.05.2022- ci il tarixində məktəbin Tərbiyə işləri üzrə direktor müavini Kəmalə Mirzəliyevanın rəhbərliyi ilə 5 B sinfinin bir qrup şagird və valideyni İsmayıllı rayonuna yola düşmüş və şəhid Famil Əhmədzadənin ailəsini ziyarət etmişlər. Şagirdər şəhidin ev muzeyini, İsmayıllı rayonunun Şəhidlər xiyabanını ziyarət etmiş, məzarları önünə gül dəstələri qoymuş və şəhidlərin xatirəsinə şeirlər söyləmişlər.

       Şəhidlərin xatirəsi hər yerdə, hər zaman anılırsa , deməli, onlar ölməyiblər , sıralarımızda yaşaylrlar.

       ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi