Qobustana ekskursiya 7a sinfi

          07.05.2022- ci il tarixində Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbin məsuliyyətli, çalışqan, öz peşəsini şərəf və ləyaqətlə hər zaman layiqincə yerinə yetirən tarix müəllimi Minayə Nəzərovanın rəhbərliyi  və təşkilatçılığı ilə 7a sinfinin şagirdləri və valideynlərin bir qismi Qobustan açıq tipli tarix mədəniyyət qoruğu muzeyinə ekskursiya etmişlər.Şagirdlər muzeyi gəzmiş, qaya təsvirlərini seyr etmişlər.Eyni zamanda Minayə Nəzərova şagirdlərə Qobustan tarix mədəniyyət qoruğu haqqında ətraflı məlumat vermiş, keçmişdə yaşayan insanların həyat və məşğuliyyətlərini texnikanın sürətlə inkişaf etmiş indiki zamanla əlaqələndirmişdir.Ekskursiya zamanı şagirdlər vaxtlarını çox gözəl və mənalı keçirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi