9 NOYABR - BAYRAQ GÜNÜ ( Dəyirmi masa)

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu münasibət ilə məktəbin müəllimi Yeganə Bəkirovanın rəhbərliyi ilə şagirdlərdən ibarət "Bayraq Günü" mövzusunda dəyirmi masa təşkil olundu. Burada şagirdlər Bayraq günü ilə bağlı işlərini təqdim edərək qarşılıqlı fikir mübadiləsi apardılar. Dövlət himninin səslənməsi ilə başlayan dəyirmi masada bayrağımızın tarixi haqqında, rənglərinin ifadə etdiyi mənaları haqda geniş məlumat verildi. Daha sonra şagirdlər tərəfindən bayraq haqqında şeirlər səsləndi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi