Şagirdlərimiz "Elm festivalı"nda

31 oktyabr - 01 noyabr 2016-cı il tarixlərində məktəbin "Kiçik Akademiyaçı" şagirdləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşəbbüsü ilə keçirilən II Azərbaycan Elm Festivalında oldular. Festival zamanı “Tarixi şəxsiyyətlərimizə sahib çixaq” layihəsi üzrə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun və “Tariximizə sahib çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyinin birgə hazırladığı “Tariximiz məktəblilərin gözü ilə” mövzusunda ümumtəhsil məktəblərində yaradılmış“Kiçik Akademiyaçılar”la AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Professor Yaqub Mikayıl oğlu Mahmudov ilə keçirilmiş görüşdə şagird və müəllimlərimiz fəal iştirak etdilər. Sonra isə "Kiçik Akademiyaçı"larımız sərgidə təşkil edilmiş yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə yaxından tanış oldular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi