C.Məmmədquluzadə "Anamın kitabı" 10 A sinfi
Bu gün 10 A sinif şagirdlərinin iştirakı ilə böyük demokrat, milli istiqlaliyyət uğrunda mübarizə aparmış, bütöv bir məktəb- mollanəsrəddinçilər məktəbini yaratmış qüdrətli realist yazıçı, vətəndaş publisist, görkəmli ictimai xadim, tragikomediyalar müəllifi C.Məmmədquluzadənin zəngin yaradıclığına həsr olunmuş dəyirmi masa keçirildi.Vətəndaş ədibin Vətəninə, dilinə, millətinə verdiyi dəyər məsələsi ön plana çəkildi.Xüsusən " Anamın kitabı " əsəri üzərində dayanan şagirdlər əsəri hərtəfli müzakirə edərək, fikir və mülahizələrini bir- birilə bölüşdülər.Ananın faciəsi, qardaşların komediyası, Gülbaharın dramını özündə əks etdirən bu əsər vətənçilik, birlik və müstəqillik dərsliyi kimi diqqəti cəlb edir, geniş müasirlik imkanları ilə yaddaşlara həkk olunur.Müzakirə zamanı " Anamın kitabı" əsərinin tamaşasından fraqmentlər də nümayiş olundu.