Firudun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya 7a sinfi
15.04.2022- ci il tarixindəBakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbin Tərbiyə işləri üzrə direktor müavini Kəmalə Mirzəliyevanın rəhbərliyi ilə 7 A sinif şagirdləri Firudun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında olmuşlar. Şagirdlər kitabxana ilə yaxından tanış olmuş , videoslayda baxmış və kitabxananın əməkdaşı tərəfindən görkəmli maarifpərvər ziyalı Firudun bəy Köçərlinin İrəvan Müəllimlər Seminariyasında müəllim kimi fəaliyyəti, yaradıcılığı və həyatı haqda verilən məlumatı diqqətlə dinləmişlər.