“Reproduktiv sağlamlıq“ mövzusunda görüş VI sinif
07.04.2022- ci il tarixində Bakı şəhəri N. Babayev adına tam orta məktəbin həkimi Ceyran Babayevanın təşkilatçılığı ilə şagirdlərlə “Reproduktiv sağlamlıq“ mövzusunda görüş keçirildi. Görüşdə şagirdlərə sağlam böyümələri, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı məlumat verildi və onlara bu məlumatı əks etdirən videoçarx nümayiş etdirildi. Bu görüşdə məktəbin VI sinif qızları və müəllimlər iştirak etdi. Görüş daha sonra diskussiya şəklində keçirildi və şagirdlərin sualları cavablandırıldı.