,,İrs Mərkəzi" I b sinfi

          05.04.22-ci il tarixində Bakı şəhəri N. Babayev adına 144 nömrəli tam orta məktəbin sinif müəllimi Xatirə Hümbətovanın rəhbərliyi ilə 1B sinif şagirdləri Uşaq Yazarı Solmaz Amanovanın başçılıq etdiyi ,,İrs Mərkəzi"ndə oldular. Onun uşaqlar üçün yazdığı şifahi xalq ədəbiyyatı və adət -ənənələrimizlə bağlı əsərləri ilə tanış oldular.

         'İlmənin macəraları" kitabından bir neçə cizgi filmi izlədilər. Qədim xalçaçılıq sənətinin bəzi nümunələri haqda məlumat topladılar. Müəyyən testlər işlədilər. Qaliblər mükafatlandırıldı. Uşaqlar nağıllar aləminə səyahət etməklə yanaşı zəngin mədəni irsimizin bəzi nümunələri haqda məlumat əldə etdilər. Maraqlı və əyləncəli bir gün keçirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi