IX A və IX B sinif şagirdləri arasında həndbol yarışı
Böyük qələbənin Başlanğıcı!
Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən altı il ötür.
05.04.2022- ci il tarixində Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbdə məktəbin Aprel döyüşlərində şəhid olmuş məzunu Polkovnik - leytenant Sənan Axundovun xatirəsinə həsr olunmuş IX A və IX B sinif şagirdləri arasında həndbol yarışı keçirilmişdir.
İlk öncə Aprel döyüşlərində qəhrəmanlıq göstərərək Şəhid olan hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra yarış dostluq şəraitində davam etdi.
Vətən uğrunda Şəhid olanları dərin ehtiramla yad edir , Allahdan rəhmət diləyirik!