Binəqədi Rayon İcra Hakimiyyəti "Novruz Şənliyi"
18.03.2022- ci il tarixində Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən Novruz şənliyində Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəb də iştirak etmişdir. Şagirdlərimizin əl işlərindən ibarət sərgi seyircilərin xüsusi marağına səbəb olmuşdur.
Məktəbin 8 A sinif şagirdi Mehinbanu Bayramlının kanonda ifası bayrama xüsusi rəng qatmışdır.