Binəqədi rayonu üzrə Basketbol yarışı.5-ci siniflərin qalibiyyəti
Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyası ümumtəhsil məktəblərinin şagirdləri arasında basketbol üzrə respublika birinciliyi keçirilməsini planlaşdırmışdır. Birinciliyin keçirilməsində məqsəd məktəblilər arasında basketbol idman növünü təbliğ etmək , istedadlı məktəbliləri basketbol idman növünə cəlb etmək , uşaqlar arasında vətənpərvərlik və dostluq əlaqələrini gücləndirməkdən ibarət idi.
Bu məqsədlə 16.03.2022- ci il tarixində Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbin 5- ci sinif şagirdlərindən ibarət komanda Binəqədi rayonu 246 N- li tam orta məktəbdə Binəqədi məktəbləri arasında keçirilən rayon birinciliyində iştirak etmiş və qızlardan ibarət komanda I yer, oğlanlardan ibarət komanda isə III yeri qazanmışlar.
Şağrdlərimizi təbrik edir və qalibiyyətin davamlı olmasını arzulayırıq.