II Fəxri Xiyabana ziyarət 9 a sinfi
“ Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi Şəhidlər.
Üç rəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi Şəhidlər!”
B. Vahabzadə.
07.03.2022- ci tarixində Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbin tarix müəllimi Mədinə Əsgərovanın rəhbərliyi ilə 9 A sinfinin bir qrup şagirdi İkinci Fəxri Xiyabanda Şəhidlərimizin məzarlarını ziyarət etdilər. Sinif II Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan Şəhid pilot Abbas Rza oğlu Qasımovun adını daşıyır. Şagirdlər Xiyabanda uyuyan hər bir Şəhidin məzarını hörmətlə anaraq bu Vətəni hər zaman göz bəbəyi kimi qorumağa söz verdilər.