2c sinfi "Açıq dərs"

Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144saylı tam orta məktəbdə "Açıq dərs".

Mövzu: Süngərdən Mozaika."Moruq”

Müəllim: Rüstəmxanlı Leyla

Fənn: Texnologiya

Tarix: 04.03.2022.

Sinif: 2c

Standart və təlim məqsədləri.

1). 1.2.2 - Mozaika hazırlamaq üçün uyğun emal vaditəsini seçir.

2). 1.2.3 - Edəcəyi işi sadə formada hazırlanma ardıcıllığını izah edir.

3). 1.3.1 - Detalları hazırlayıb hazır şəkildə qoyur.

4). 1.3.4 - Birgəfəaliyyət və əməkdaşlıq bacarıqlarını nümaiş etdirir.

İnteqrasiya: Həyat bilgisi 1.1.1; Təsviri incəsənət 2.2.4

İş üsulu: Müzakirə, beyin həmləsi, sual-cavab,

İş forması: Böyük qruplarla iş, cütlərlə iş

Resurs: Süngər, yaşıl rəng kağız, bişmiş yumurta, yapışqan, karandaş, fırça, qayçı, dərslik.

Dərsin gedişi:

Motivasiya:

Sual: - Uşaqlar neçə bitki növünü tanıyırsınız ?

- Ağac, kol, ot (Cavab dinlənilir . Kol bitkilətindən moruğun üzərində dayanılır)

- Moruq haqqında nə bilirsiniz ?

- Nə kimi faydaları var ?

Tədqiqat sualı: Süngərdən moruq mozaikası mecə hazırlamaq olar ?

Tədqiqatın aparılması:

Dərslikdə moruq mozaika hazırlanması üsuluna baxmaq tövsiyyə olunur.Təxmini gözönündə canlandırdıqlarını bir- birləri ilə bölüşüb müəllimin köməkliyi ilə işə başlayırlar.

Nəticə və ümumiləşdirici :

Cütlər moruq mozaikasının hazırlanması ardıcıllığı haqqında məlumat verərək, hazırlayarkən hansı materiallardan və vasitələrdən istifadə edildiyi haqqında danışırlar ( Müəllim onların təqdimatını dinləyir) Əl işləri yoxlanılır və qiymətləndirilir.

Ev tapşırığı:

Koridon kağızı üzərində süngərdən mozaika. İstənilən giləmeyvənin hazırlanması.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi