1a sinfində "Açıq dərs"
Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144saylı tam orta məktəbdə "Açıq dərs".
Mövzu:"Şah və bağban"
Müəllim: Tərlan Kərimova
Fənn: Azərbaycan dili
Tarix: 03.03.2022.
Sinif: 1a
Standart və təlim məqsədləri.
1)Şəklə baxaraq dinlədiyi mətni şərh edir.1.1.1.
2)Mətndəki hadisələrin səbəbini müəyyən edir.2.2.5.
3)Mətni öz təxəyyülünə uyğun davam etdirir.1.2.2.
4) Mətnin bir neçə cümləsini üzündən köçürür.3.1.1.
İnteqrasiya: Təsviri incəsənət
İş üsulu:Əqli hücum,sual-cavab, rollu oyun
İş forması:kollektivlə iş, cütlərlə iş
Resurs: iş vərəqləri,elektron lövhə, dərslik,müəllim üçün metodik vəsait.
Dərsin gedişi:
Motivasiya:
Vətənlə bağlı bir neçə slayd göstərilir.
Sual:Uşaqlar,insan üçün doğma yer, ən gözəl yer haradadır?(Cavab dinlənilir)
Tədqiqat sualı:
Bağban niyə şahın sarayına getməyə razı deyildi?
Tədqiqatın aparılması:
"Şah və bağban" mətni müəllim tərəfindən ifadəli oxunur.Oxu prosesində şagirdlərə tanış olmayan sözlərin mənası izah edilir.Sonra mətn şagirdlər tərəfindən rollarla göstərilir və suallarla yekunlaşdırılır.
Nəticə:
Belə nəticəyə gəldik ki, şagirdlər mətndəki əsas hadisələrin səbəbini müəyyən edirlər.Eyni zamanda mətnin davamını öz təxəyyüllərinə uyğun davam etdirirlər.