"Bayatılarımız" layihəsi 7c sinfi
Şifahi xalq ədəbiyyatının janrlarının şagirdlər tərəfindən daha dərindən öyrənilməsi məqsədilə 28.02.2022- ci il tarixində Bakı şəhəri N. Babayev adına 144 nömrəli tam orta məktəbin 7 C sinfinin şagirdləri "Bayatılarımız" layihəsi üzərində işi tamamlayıb, təqdim etdilər. Layihənin təqdimatını şagirdlər "Hikmət", " Əziz Vətən", "Mərd oğul", "Möhkəm dostluq" qrupları şəklində slayd formasında təqdim etdilər. Daha sonra Azərbaycan dili və ədəbiyyat müəllimi Şəhla Bayramova bayatılar haqqında, bayatılarda cinaslar, sinonim, antonim, omonim sözlərin işlənməsi məqamından, bayatılara bəstələnmiş musiqilərdən ətraflı danışdı, eyni zamanda həmin musiqi səsləndirildi. Şagirdlər müəyyən edilmiş meyarlar üzrə qiymətləndirildilər.