Naxçıvanski adına Hərbi Lisey IX-X siniflər
28.02.2022- ci il tarixində Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ideoloji iş və Hərbi-psixoloji təminat şöbəsinin rəis -müavini mayor Raul Ağayevlə IX-X sinif oğlanları ilə görüş keçirildi.
Şagirdlərin hərbi peşəyə marağını artırmaq məqsədilə keçirilən görüşdə bu peşənin şərəf və məsuliyyəti haqqında geniş məlumat verildi.