" Çahargah əfsanəsi" VIc sinfi
Bakı şəhəri Binəqədi rayonu N. Babayev adına 144 nömrəli tam orta məktəbdə açıq dərs.
Mövzu:
" Çahargah əfsanəsi"
Müəllim: Həcər Həsənova
Fənn: Ədəbiyyat
Tarix: 22. 02. 2022
Sinif: Vl c
Standart və təlim məqsədi.
1.Süjeti bədii əsəri(əfsanə, nağıl, dastan,təmsil, hekayə) hissələrə ayırır,plan tərtib edir, məzmunu nagıl edir.1.1.3
2.Əsərlə bağlı fikirlərini bildirərkən obrazlı söz və ifadələrdən istifadə edir. 2.1.2
3. Bədii əsərdəki başlıca fikri anladığını nümayiş etdirir. 1.2.4
Dərsin məqsədi: "Çahargah əfsanəsi" əsərinin elementlərini müəyyənləşdirmək
Dərsin metodu:Produktiv və deduktiv
Resurslar:
Dərslik, iş vərəqləri, lüğət, İKT
İş forması: Kollektivlə iş, qruplarla iş
İş üsulu:Beyin həmləsi, sinkveyn,müzakirə
İnteqradiya: Fənn daxili və Azərbaycan dili
Dərsin gedişi
Motivasiya: Hansı musiqi janrlarını xoşlayırsınız və hansı muğamlarımızı tanıyırsınız?
Tədqiqat sualı:
Alimi güvənli edən nə idi?
Bu əsərdə əsas məqsəd
Alimin güclü olmasının səbəbini şagirdlərə anlatmaq, əsərin ardıcıllığını , elementlərini müəyyənləşdirmək və əsərdəki obrazları səciyyələndirməkdən ibarətdir.
Nəticə: Alimi güvənli edən onun bilikli, savadlı, dünyagörüşünün çox olması ilə bərabər alimin özünəgüvənli olmasıdır.
Özünəgüvən sayəsində alim bütün çətinliklərə sinə gərir və yaratdığı möcüzəli çahargah muğamı sayəsində padşaha qalib gəlir.