3b sinfində "Açıq dərs"

         25.02.2022-ci il tarixdə 144 saylı tam orta məktəbin 3 b sinfində sinif rəhbəri Novruzova Ceyhunə müəllimin təşkili ilə açıq dərs keçirildi.Açıq dərsdə məktəbin direktoru Qənirə Sultanova,direktor müavini və müəllimlər iştirak etdilər.

Açıq dərs Azərbaycan dilindən "oxuyub anlama" məzmunun "Şuşa"mövzusunda idi. Dərsdə mətn oxundu, mətnin məzmunu üzrə suallar verildi,qruplar şəklində gələn cavablardan tam mənimsəmə aydın oldu.

İnteraktiv lövhədə göstərilən zəka oyunları təhlil edildi. Şuşanın rəmzi olan Xarıbülbül çiçəyinin apilkasiyasi uşaqlar tərəfindən hazırlandı.

Əsas fikir-ideya müəyyən edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi